Azərbaycan və Belarus arasında ticarət nomenklaturasının genişləndirilməsi müzakirə edilib

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-in məlumatına görə, iclasda iki ölkə arasındakı ticarət dövriyyəsinin dinamikası təhlil edilib.

 

Bildirilib ki, 2024-cü ildə ticarət dövriyyəsi 42 % artaraq 506 milyon dollara çatıb.

Bununla belə, tərəflər ticarət nomenklaturasının genişləndirilməsi, yeni məhsullar və xidmət qruplarının dövriyyəyə daxil edilməsi və tranzit-logistika imkanlarının daha fəal istifadəsini vacib hesab ediblər.