Türkiyədə İran Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb
2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə İran kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80 şirkət azdır.

2025-ci ilin yanvar- sentyabr ayında Türkiyədə İran kapitalı ilə 184 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 80 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 275 milyon 30 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 300 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - sentyabr ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (165) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 239 milyon 930 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - sentyabr ayında Türkiyədə İran kapitalı ilə 84 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.