Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı artıb
Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 32 milyon 221 min 42 dollara çatdırıb.

Türkiyə 2025-cü ilin sentyabr ayında Özbəkistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq, 32 milyon 221 min 42 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 282 milyon 816 min 25 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 24 milyard 331 milyon 79 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2 milyard 500 milyon 661 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 31 milyard 956 milyon 706 min dollar məbləğində kimyəvi maddə ixrac edib.