Nazir müavini: Bu ilin altı ayı ərzində ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8,2 faiz artıb

Bu ilin altı ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25,4 faiz artım qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli noyabrın 12-də Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, ötən doqquz ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real həcmi 7 faiz artıb. Eyni zamanda, özəl qeyri-neft-qaz investisiyaları 10,8 faiz artaraq bu sektor üzrə ÜDM-in artım tempini 3,7 dəfə üstələyib.