Azərbaycanlıların Türkiyədən daşınmaz əmlak alışı artıb
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 59 obyekt çoxdur.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 59 obyekt çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 96 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 18 obyekt azdır.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Türkiyədə 164 min 306 mənzil satın alınıb ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz azdır.

Məlumata görə, 2025-ci ilin yanvar- oktyabr aylarında Türkiyədə 1 milyon 293 min 33 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 106 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azdır.

Eyni ilin yanvar- oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 17 min 50 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır.