"Bu WTDC bütün dünya üzvləri üçün çox mühüm konfransdır. İk dəfədir Azərbaycana gəlirəm və Bakı gözəlliyi ilə məni heyran edir. Bura internet cəmiyyəti və rəqəmsal sahə üzrə müzakirələr üçün çox münasib məkandır", – o qeyd edib.
Mütəxəssisin sözlərinə görə, Yaponiya ilə Azərbaycan arasında rəqəmsal sahədə əməkdaşlığın genişləndirilməsi üçün artıq praktiki addımlar atılıb: "İki gün əvvəl Azərbaycanla memorandum imzaladıq. Bu əməkdaşlıq Memorandumu əsasında birgə layihələr həyata keçirəcəyik".
O, gələcək əməkdaşlığın konkret layihələr əsasında davam etdiriləcəyini vurğulayıb.