Azərbaycandan 83 milyon dollarlıq metanol ixrac olunub

Yanvar-oktyabr aylarında Azərbaycandan dəyəri 83,5 milyon dollar olmaqla 377,5 min ton metanol ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin eyni aylarında ölkədən 401,95 min ton metanol ixrac olunub, ixracın dəyəri 83,8 milyon dollar təşkil edib.