Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 120 minə çatıb

Çin-Avropa marşrutu üzrə hərəkət edən yük qatarlarının sayı 120 minə çatıb.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Çinin Sian şəhərində keçirilən ikinci Çin-Avropa Dəmir Yolu Ekspres Əməkdaşlıq Forumunda açıqlanıb. Bildirilib ki, bu günə qədər qatarlar təxminən 12 milyon 20 fut ekvivalent yük daşıyıb və hazırda 26 Avropa ölkəsinin 232 şəhərinə, eləcə də 11 Asiya ölkəsinin 100-dən çox şəhərinə xidmət göstərir.

Kəmər və Yol Təşəbbüsünün qabaqcıl layihəsi və əlamətdar brendi kimi Çin-Avropa yük qatarları Avrasiya boyu hərtərəfli logistika şəbəkəsi qurub.

Çin-Avropa yük qatarları ilə daşınan yüklərin dəyəri 2024-cü ilin sonuna kimi 426,4 milyard ABŞ dollarına çatıb.

Forumda açıqlanan hesabata görə, Çin-Avropa ticarətində qatarların payı 2013-cü ildən 2024-cü ilə qədər təxminən 33 dəfə artıb.