Vüsal Qasımlı: Bakı–Tbilisi–Qars dəmir yolu regionumuzda geoiqtisadi inqilab hesab olunur

Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin təşəbbüskarıdır və bu da regionumuzda geoiqtisadi inqilab hesab olunur.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı noyabrın 18-də Bakıda keçirilən Azərbaycan–ABŞ Beyin Mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.

V.Qasımlı qeyd edib ki, Azərbaycan bu sinxron marşrut boyunca infrastrukturun yenilənməsinə rəhbərlik edir. Lakin biz anlayırıq ki, hər bir zəncir ən zəif halqası qədər möhkəmdir. Buna görə də infrastrukturun sinxron şəkildə yenilənməsi çox vacibdir.

O, həmçinin bildirib: “Biz bir-birimizlə müharibə etməməliyik, iqtisadi inkişaf üçün yeni imkanlar tapmalıyıq. Buna görə də biz ABŞ tərəfindən dəstəklənən TRIPP layihəsinə çox maraqlıyıq”.