2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunun bütün sahələri artım nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider sahələr - informasiya və rabitə (11 faiz), qeyri-neft-qaz sənayesi (9,7 faiz), nəqliyyat və anbar təsərrüfatı (7,8 faiz) olub. Nisbətən aşağı orta illik artım templəri isə tikintidə (4,4 faiz), turizmdə (4,1 faiz), kənd təsərrüfatında (3,2 faiz), ticarətdə (3 faiz), sosial və digər xidmətlərdə (2,9 faiz) olub.