Türkiyədən Qırğızıstana sement ixracı artıb
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq, 3 milyon 152 min 45 dollara bərabər olub.

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Qırğızıstana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq, 3 milyon 152 min 45 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Qırğızıstana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artaraq, 568 min 95 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 3 milyard 753 milyon 487 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 402 milyon 3 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 4 milyard 438 milyon 323 min dollar məbləğində sement ixrac edib.