Bakıda neft-qaz sektoruna həsr olunmuş "Asset Integrity & Corrosion and Coatings Conference" (Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı) adlı konfransın ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir ki, konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini və texnologiya təminatçılarını bir araya gətirib.
İlk gündə olduğu kimi bu gün də tədbirin gündəliyi kifayət qədər zəngin hesab edilə bilər. Belə ki, tədbir çərçivəsində aktivlərin bütövlüyünün qorunması, korroziyaya qarşı mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud vəziyyətin və yeniliklərin müzakirəsi aparılacaq. Eyni zamanda konfrans zamanı sənayedə qarşıda duran risklər, texniki həllər və beynəlxalq təcrübə iştirakçılara təqdim olunacaq.
Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edir. Konfransda 50-dən çox spiker çıxış edir, 25-dən artıq şirkət texnoloji həllərini təqdim edir. Ümumilikdə 50-dən çox texniki sessiya, bir neçə panel müzakirəsi və müxtəlif şəbəkələşmə tədbirləri nəzərdə tutulub.
Xəbər yenilənəcək