Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji"yə regional keçiddə liderliklərini davam etdirəcəklər - Moody's

Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji"yə regional keçiddə lider olmağa davam edəcəklər.

Trend bu barədə “Moody’s” reytinq agentliyinə istinadən xəbər verir.

“Dövlət daxilində ticarətin artımı və yüksək iqtisadi göstəricilər enerji tələbatının artımını stimullaşdırır. Bu, iqtisadiyyatın daha da şaxələnməsinə və inteqrasiyasına töhfə verərək regionun bərpa olunan enerji mənbələri sahəsində böyük potensialını üzə çıxarır, həmçinin regional enerji əlaqəliliyini gücləndirir. Biz Azərbaycan, Özbəkistan və Qazaxıstanın bu keçidi 2026-cı ildə də davam etdirəcəyini, rəqabətədavamlı elektrik enerjisi bazarlarını inkişaf etdirəcəyini, eləcə də bərpa olunan enerji sahəsinə özəl investisiyaları cəlb edəcəyini gözləyirik. Eyni zamanda, Tacikistan və Qırğızıstan kimi hidroenerji resursları zəngin olan ölkələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə su elektrik stansiyaları layihələrinə investisiyaları artıraraq regional elektrik enerjisi ixracını genişləndirəcəyini gözləyirik”, – deyə "Moody’s"in hesabatında bildirilir.

Eyni zamanda, reytinq agentliyi qeyd edir ki, karbohidrogen resursları Qazaxıstan və Azərbaycanda iqtisadi fəallığa dəstək olmağa davam edəcək