2025-ci ilin noyabr ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 632 min 640 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq, 2 milyon 808 min 174 nəfər, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 824 min 466 nəfər təşkil edib.
2025-ci ilin noyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 36 min 159 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 22 min 916 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 13 min 243 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin noyabr ayı ilə müqayisədə 4 faiz artaraq, 24 min 900 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 17 min 738, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 7 min 162 olub.
2025-ci ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 229 milyon 584 min 573 nəfər, yük daşınması isə 4 milyon 738 min 323 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.