Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,5 milyard dollara çatıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,508 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 129,8 milyon ABŞ dolları və ya 3% çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,11%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyaya 1,088 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya 0,3% çoxdur.

Hesabat dövründə Rusiyaya ixrac olunan məhsulların 1,079 milyard manatını qeyri-neft məhsulları təşkil edib ki, bu da illik müqayisədə 10,780 milyon dollar və ya 1% çoxdur.

Dövr ərzində Rusiyaya qeyri-neft məhsulları ixracı ümumi ixraca nisbətən 32,52% paya malik olub. Bu göstərici ilə Rusiya Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcısı olub.

 

Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,420 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 126 milyon ABŞ dolları və ya 3,8% artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.

Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-ə bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azdır.