Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu-York Ticarət Birjasının bölməsi olan "Comex" birjasında 2025-ci ilin fevral ayında çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti yeni rekord səviyyəyə çatıb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.

 

Məlumata əsasən, qızıl fyuçerslərinin qiyməti troy unsiyası üçün 4500 dollardan yuxarı qalxıb.

Saat 04:13-ə olan məlumata əsasən, qızılın qiyməti troy unsiyası üçün 4500,2 dollar (+2,57%) təşkil edib. Saat 04:31 üçün qızılın qiyməti artımını sürətləndirib və troy unsiyası üçün 4504,1 dollar (+2,66%) səviyyəsində satılıb.