Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ABŞ ilə enerji layihələri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb.

Trend xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

 

Bildirilib ki, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji layihələri və əməkdaşlıq perspektivləri, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) təşəbbüsü ilə bağlı səmərəli müzakirələr apardılıb.

Xəbər yenilənəcək