Azərbaycanın qeyri-neft ixracı 23,2 faiz artıb

Bakı, 3 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 milyon ABŞ dolları təşkil edib.

DHA Press İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə istinadla xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dollarına bərabər olub.