Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bu həftə ərzində "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan", "Dated Brent" və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0.79 ABŞ dolları və ya 1.21 faiz artaraq bir barel üçün 66.06 ABŞ dolları təşkil edib.

Həftə ərzində bir barel üçün ən yüksək qiymət 68.51 ABŞ dolları, minimal qiymət isə 64.60 ABŞ dolları olub.