Hesablama Palatası 2026-cı ildə neft və qaz yataqlarından gözlənilən gəlirlərlə bağlı proqnozlarını təqdim edib.
Trend bu barədə Hesablama Palatasına istinadən məlumat verir.
2026-cı ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 5 030,0 mln. ABŞ dolları və ya 8 551,0 mln. manat olması proqnozlaşdırılıb ki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2 910,4 mln. manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 246,3 mln. manat və ya 12,7% azdır.
Dövlət Neft Fondunun 2026-cı il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neft və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb:
Yatağın adı
2026-cı il üzrə daxilolma
2026-cı il üzrə hasilat (dövlətin payı)
Azəri-Çıraq-Günəşli
4,236 milyard dollar
68,3 milyon barrel
Şahdəniz yatağı
532,6 milyon dollar
5,4 milyon barrel
4,8 milyard kubmetr
Suraxanı və Qaraçuxur yataqları
$3,3 milyon dollar
0,05 milyon barrel
Zığ-Hövsan yatağı
1,6 milyon dollar
0,03 milyon barrel
Kürsəngi və Qarabağlı yataqları
0
0,12 milyon barrel
Neftçala və Xıllı
0,8 milyon dollar
0,02 milyon barrel
Mişovdağ və Kəlaməddin
1,5 milyon dollar
0,02 milyon barrel
Kürovdağ
4,7 milyon dollar
0,09 milyon barrel
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı
12,1 milyon dollar
0,19 milyon barrel
Binəqədi blokuna daxil olan yataqlar üzrə
8,5 milyon dollar
0,19 milyon barrel
Qum-Dəniz və Bahar yataqları
4,8 milyon dollar
0,025 milyon barrel
0,033 milyard kubmetr
Abşeron JOCAP
88,1 milyon dollar
0,88 milyon barrel
0,305 milyard kubmetr
Razılaşma Protokoluna uyğun olaraq SOCAR tərəfindən ediləcək ödənişlər
136,2 milyon dollar
Cəmi
5,03 milyard dollar
75,31 milyon barrel
5,14 milyard kubmetr
Azərbaycanın Energetika Nazirliyinin məlumatları göstərir ki, 2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb. Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton neft ixrac edilib.
Bundan savayı, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil olunub. Bu həcmin 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yatağının, 27,9 milyard kubmetri “Şahdəniz” yatağının, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Eyni dövrdə ölkə 25,2 milyard kubmetr qaz ixrac edib: 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetri TANAP vasitəsilə), 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya göndərilib.