Yanvar ayında Türkiyənin tekstil ixracı azalıb
2026-ci ilin yanvar ayında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 729 milyon 698 min dollara bərabər olub.

2026-ci ilin yanvar ayında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 729 milyon 698 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 9 milyon 311 min 477 dollar məbləğində tekstil ixrac edib.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq, 9 milyard 408 milyon 630 min dollara bərabər olub.