Kot-d'İvuar sahillərində böyük təbii qaz yatağı aşkar edilib

Kot-d'İvuar sahillərində, Qvineya körfəzində iri təbii qaz yatağı kəşf olunub.

Trend xəbər verir ki, bu barədə "Business Insider Africa" məlumat yayıb.

 

Məlumata görə, yataq sahildən təxminən 45 kilometr məsafədə, 2 200 metr dərinlikdə yerləşir. Qazılan quyunun ümumi dərinliyi isə 4 400 metr təşkil edir. Qazma işləri İtaliyanın Eni şirkəti ilə Kot-d'İvuarın dövlətə məxsus "Petroci Holding" şirkəti tərəfindən birgə həyata keçirilib.

“Calao South” adlanan yatağın ehtiyatlarının təxminən 85 milyard kubmetr təbii qaz və 100 milyon barel kondensat həcmində olduğu bildirilir.