TANAP BMT-nin flaqman proqramına qoşulub

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyənin “Oil & Gas Methane Partnership (OGMP) 2.0” proqramına qoşulan ilk təşkilatına çevrilib.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

“OGMP 2.0” Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) neft-qaz sənayesində metan emissiyalarının hesabatlılığı və azaldılması sahəsində flaqman proqramıdır.

“Könüllü təşəbbüs kimi bu mühüm hadisə TANAP-ın metanın etibarlı uçotu, şəffaf hesabatlılıq və emissiyaların real azaldılmasına sadiqliyini əks etdirir, milli və qlobal səviyyədə iqlimlə bağlı ölçülərə məsuliyyətli töhfə verir. “OGMP 2.0”da iştirak etməklə biz daha dayanıqlı və məsuliyyətli enerji gələcəyinə töhfəmizi gücləndiririk”, – konsorsiumun bəyanatında bildirilir.

Xəbər yenilənəcək