AMB-nin valyuta ehtiyatları artıb

Bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,614 milyard ABŞ dolları təşkil edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, bu, bu ilin fevralın 1-i ilə müqayisədə 50,6 milyon ABŞ dolları və ya 0,4% çoxdur.

Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 622,3 milyon ABŞ dolları və ya 5,7% artıb.