“Fitch Ratings” beynəlxalq reytinq agentliyi korporativ reytinq meyarlarının yenilənməsindən sonra Avropa, Yaxın Şərq və Afrika (EMEA) inkişaf etməkdə olan bazarlarında fəaliyyət göstərən “Cənub Qaz Dəhlizi” QSC (Southern Gas Corridor Closed Joint-Stock Company) və daha yeddi infrastruktur şirkətinin reytinqlərini təsdiqləyib.
Trend-in məlumatına görə, agentliyin açıqlamasında qeyd olunur ki, qərar 9 yanvar 2026-cı il tarixli “Korporativ reytinq meyarları” və “Sənaye naviqatorları — Korporativ reytinq meyarlarına əlavə” sənədlərinin yenilənməsi ilə əlaqədar qəbul edilib. Bununla belə, şirkətlər üzrə mövcud reytinqlər və proqnozlar dəyişməz qalıb.
“Fitch”in məlumatına görə, “Cənub Qaz Dəhlizi” QSC-nin biznes və maliyyə profilinin qiymətləndirilməsi aşağıdakı amilləri əhatə edir:
• Menecment — bbb- (nisbi əhəmiyyəti aşağı);
• Sektor göstəriciləri — bbb+ (orta əhəmiyyət);
• Bazar və rəqabət mövqeyi — bbb (orta);
• Aktivlərin diversifikasiyası və keyfiyyəti — bbb (orta);
• Şirkətin əməliyyat göstəriciləri — bbb (yüksək);
• Rentabellik — bbb (aşağı);
• Maliyyə strukturu — a+ (orta);
• Maliyyə çevikliyi — bbb+ (orta).
“Fitch Ratings” "Cənub Qaz Dəhlizi” QSC ilə yanaşı aşağıdakı şirkətlərin də reytinqlərini təsdiqləyib: