2026-cı ilin fevral ayında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalaraq, 221 milyon 436 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6.4 faiz azalaraq, 427 milyon 636 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 2 milyard 808 milyon 637 min dollar məbləğində xalça ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 2 milyard 838 milyon 524 min dollara bərabər olub.