İsrail ordusu mülki əhalini Livanın cənubunu tərk etməyə çağırıb

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah”a qarşı davam edən döyüşlər fonunda Livanın cənub bölgəsində yaşayan mülki əhalini Litani çayının şimalına keçməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.

 

""Hizbullah" terror təşkilatının fəaliyyəti IDF-i ona qarşı güc tətbiq etməyə məcbur edir. IDF-in sizə zərər vurmaq niyyəti yoxdur. Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməlisiniz. Hizbullah üzvlərinin, obyektlərinin və ya döyüş texnikasının yaxınlığında olan hər kəs həyatını riskə atır”,-deyə İsrail ordusunun sözçüsü polkovnik Aviçay Adrai bildirib.

Qeyd edək ki, IDF sonuncu dəfə Cənubi Livanda bu miqyasda təxliyə çağırışını 2024-cü ilin oktyabr ayında “Hizbullah”a qarşı quru əməliyyatı aparan zaman etmişdi.