Bu il ərzində qlobal neft təklifi gündəlik orta hesabla 107 milyon 40 min barel olacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.
Bildirilir ki, qlobal neft tələbatı isə cari ildə sutkada 105 milyon 170 min barel təşkil edəcək.
2027-ci ildə qlobal təklifinin gündəlik orta hesabla 109 milyon 610 min barelə, istehlakın isə sutkalıq 106 min 610 min barelə çatacağı nəzərdə tutulur.