Azərbaycanda torpaqların birləşdirilərək məhsul istehsalına nail olmalıyıq – Nazir

Azərbaycan hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq.

Trend xəbər verir ki, bunu bu gün kənd təsərrüafatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

Nazir bildirib ki, pay torpaqlarının sahəsi olduqca kiçikdir, bu, bir reallıqdır.

 

“Biz buradan çıxış edərək işlərimizi qurmalıyıq. Azərbaycan fermerlərinin birgə fəaliyyətinə, hansısa formada torpaqların birləşdirilərək məhsul istehsalına nail olmağa çalışmalıyıq”.

Onun sözlərinə görə, Azərbaycan inkişaf etdikcə kənd təsərrüfatında məşğul əhali sayı azalacaq.

“Azərbaycanda süni zəkanın məşğulluğa təsirindən daha çox ortadakı boşluğu aradan götürülməsinə inanıram”, - deyə o qeyd edib.