2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq, 6 milyon 879 min 42 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana tekstil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq, 3 milyon 725 min 22 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 759 milyon 705 min dollara bərabər olub.
2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 1 milyard 488 milyon 557 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 9 milyard 313 milyon 685 min dollar məbləğində tekstil məhsulları ixrac edib.