Adnan Menderes hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib
2026-ci ilin fevral ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 757 min 849 nəfər olub.

2026-ci ilin fevral ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 757 min 849 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 255 min 228 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 602 min 621 nəfər təşkil edib.

2026-ci ilin fevral ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 21 min 527 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 13 min 817 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə dəyişməyərək, 7 min 710 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin fevral ayı ilə müqayisədə 5 faiz artaraq, 11 min 455 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 7 min 949, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 3 min 506 olub.

2026-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 32 milyon 857 min 590 nəfər, yük daşınması isə 249 min 326 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.