Bu il Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsinin yeni tarixi rekord səviyyəsinə çatacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu gün Bakıda keçirilən brifinqdə bildirib.
“Çin və Azərbaycan arasında praktik əməkdaşlıq böyük potensiala malikdir və gələcək inkişaf üçün geniş imkanlar açır”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Çin yüksək texnologiyalı sənaye, süni intellekt, informasiya texnologiyaları və infrastruktur sahələrində qabaqcıl texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır.
“Çin tərəfi həmçinin müxtəlif növ Azərbaycan məhsullarının Çin bazarına tədarükünün genişləndirilməsini alqışlayır”, – deyə Lu Mey vurğulayıb.