Toxuculuq, geyim və ayaqqabı sahələrində 330,9 milyon manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 330,9 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 19,4 faiz artım, geyim istehsalında 16,6 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 6,6 faiz azalma müşahidə olunub.