Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

2026-cı ilin yanvar-fevral aylarında ölkədən 4 milyard 380,7 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 17,1 faiz azalaraq 1 milyard 285,4 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 1 milyard 550,4 milyon dollar dəyərində yəni, 4 milyard 187,04 milyon kubmetr təbii qaz ixrac edilib.