2025-ci ildə Fransanın Azərbaycana birbaşa xarici investisiyaların həcmi 134,317 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 12,4 milyon dollar və ya 10,2% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Fransadan reallaşan investisiyaların payı 2% təşkil edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Fransa iqtisadiyyatına 28,314 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 41,712 milyon dollar və ya 47,3% çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Fransaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,1% təşkil edib.
2024-cü il ərzində Fransadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 121,910 milyon dollar, əks istiqamətdə isə 19,224 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.