"Škoda Auto" şirkəti Çində avtomobil satışını dayandırır

Çexiyanın "Škoda Auto" avtomobil istehsalı şirkəti 2026-cı ilin ortalarında Çində avtomobillərinin satışını dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə "ČTK" agentliyi xəbər verib.

 

Məlumata əsasən, bu qərarın səbəbi beynəlxalq istehsalçılar üçün Çin bazarında əhəmiyyətli dəyişikliklər olub. "Škoda-Auto" şirkəti Hindistan və Cənub-Şərqi Asiyada mövqeyini gücləndirməyə diqqət yetirmək niyyətindədir.

2025-ci ildə Çexiya avtomobil istehsalçısı Çində cəmi 15 min avtomobil satıb ki, bu da illik müqayisədə 14,5% azalma deməkdir. Halbuki, 10 il əvvəl şirkət Çində ildə 300 minə qədər avtomobil satırdı.