Azərbaycan təbii qaz ixracını 9 faiz artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, bunun 8,6 milyard kubmetri Avropaya, 7,5 milyard kubmetri Türkiyəyə, 1,7 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

Həmçinin qeyd olunan dövrdə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 4,3 milyard kubmetr qazla təchiz edib.