Durrani-Camal qeyd edib ki, dövlət strategiyası çərçivəsində Azərbaycan özünü nəqliyyat-logistika mərkəzi kimi mövqeləndirir. Söhbət yalnız boru kəməri infrastrukturunun inkişafı vasitəsilə neft və qazın nəqlindən getmir, həm də enerji bağlantısının və gələcəkdə rəqəmsal əlaqəliliyin inkişafından gedir. Beləliklə, məsələ neft-qaz sektorunun hüdudlarından kənara çıxmaqdadır.
“Dəstəyimizə gəlincə, biz keçmişdə yol infrastrukturuna, həmçinin fiziki dəmir yolu infrastrukturuna fəal şəkildə investisiya yatırmışıq. Hazırda əsas diqqət səmərəliliyin artırılmasına yönəlib. Biz dəmir yollarının rəqəmsallaşdırılmasına və siqnalizasiya sisteminə fəal şəkildə investisiya qoyuruq. Ümid edirik ki, eyni yanaşmanı digər sahələrdə də tətbiq edəcəyik”, – deyə o vurğulayıb.