Gümüşün qiyməti 80 dolları keçib

Nyu-York Ticarət Birjasının bir bölməsi olan "Comex" birjasında 2026-cı ilin may ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti 18 martdan bəri ilk dəfə olaraq 1 troya unsiyası üçün 80 dolları keçib.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından bildiriblər.

Məlumata əsasən, gümüşün qiyməti 0,77 faiz artaraq 1 troya unsiyası üçün 80,145 dollara çatıb. Saat 04:15 üçün gümüş artımını sürətləndirib və troy unsiyası üçün 80,315 dollardan (+0,98%) satılıb.