Bu ilin yanvar-mart aylarında Azərbaycanda 6,541 milyard kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 203,2 milyon kVt/saat və ya 3% azdır.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 6,343 milyard kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 166 milyon kVt/saat və ya 2,5% azalma deməkdir.
Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-mart aylarında 1026,6 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 141,9 milyon manat təşkil edib.