"Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə gümüş istehsalında əhəmiyyətli artım barədə məlumat verib.
Trend xəbər verir ki, gümüş hasilatının ümumi həcmi 42 796 unsiya təşkil edib.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə 30 315 unsiya həcmində hasilat qeydə alınmışdı.
Ümumi həcmin 5 607 unsiyası dore qızıl külçələrinin tərkibində olan gümüşün payına düşüb, daha 37 189 unsiya isə flotasiyadan və SART texnologiyası ilə emaldan əldə olunub.