2026-cı ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 630 milyon manat olub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadın xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz çoxdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 312,2 milyon manat təşkil edib.