Bildirilib ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 8,1 faiz bənd artaraq 69,1 faiz, mütləq ifadədə isə 18,8 faiz artaraq 28,4 milyard manat təşkil edəcək. Eyni zamanda, dövlət büdcəsinin neft-qaz gəlirləri 2027-ci illə müqayisədə 17,0 faiz azalaraq dövrün sonunda 12,7 milyard manata qədər enəcək.
“Dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri və 2027-ciil və sonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti və digər) əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 4 nömrəli Qərarı ilətəsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması” Qaydasına uyğun olaraq hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanmışdır. Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları/barel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınmışdır. Bununla yanaşı, büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsi qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin sahibkarlığın inkişafı, biznes-investisiya mühitinin yaxşılaşdırılması,korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması, şəffaflıq və dövlət maliyyəsi istiqamətində tədbirlərlə bağlıdır”, - məlumatda qeyd edilib.