“Azərkosmos”un nizamnamə kapitalı artırıldı

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) nizamnamə kapitalı artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərar əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 473 605 880 manatdan 567 605 880 manata çatdırılıb.

Bununla da Kosmik Agentliyin nizamnamə kapitalı 94 min manat artırılıb.