Azərbaycan qara metal ixracını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 24,9 milyon ABŞ dolları dəyərində 20,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon ABŞ dolları və ya 19,1%, həcm baxımından isə 1 822 ton və yaxud 10% artıb.

 

Hesabat dövründə ixrac olunan qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,46%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,89% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 271,6 milyon ABŞ dolları dəyərində 248,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 4,658 milyon ABŞ dolları və ya 1,7%, həcm baxımından isə 31,2 min ton və ya 11,2% azalma deməkdir.

Hesabat dövründə qara metallar və onlardan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 6,78%-ə bərabər olub.