Azərbaycan və Almaniya parlamentarilərinin görüşündə mühüm nəticələrindən biri də etimad mühitinin yaradılmasıdır. İnsanların belə görüşlərdə bir-birini tanımaları çox əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Bundestaqın deputatı Macit Karaahmetoglu Azərbaycan mediasına müsahibəsində deyib.
İki ölkə arasında iqtisadi münasibətlərin hazırkı səviyyəsinə toxunan deputat bildirib: “Azərbaycan iqtisadi, xüsusilə enerji baxımından çox əhəmiyyətli ölkədir. Almaniya ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədə olsa da, hələ də mövcud potensialı tam əks etdirmir, indikindən dəfələrlə daha yaxşı ola bilər. Bunun üçün də dialoqu davam etdiririk”.