Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 milyard 515,9 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə cüzi azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 3 milyard 180 milyon manat, o cümlədən neft-qaz gəliri 1 milyard 803,1 milyon manat, idarəetmə gəliri isə 1 milyard 376,8 milyon manat təşkil edib. Fondun qızılın qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən büdcədənkənar gəliri isə 2 milyard 117,9 milyon manat olub. Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirindən 741,1 milyon manat azalma qeydə alınıb. Qurumun büdcə xərcləri isə 3 milyard 223,5 milyon manat təşkil edib.