Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında ən çox pay Şimali Amerikaya məxsusdur

Martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 26,5 faizi Şimali Amerika, 25,9 faizi Avropa, 8 faizi Asiya, 1,4 faizi Yaxın Şərq, 0,9 faizi Avstraliya-Yeni Zelandiya, 0,1 faizi Latın Amerikası, 0,02 faizi Afrika ölkələri təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2026-cı ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

Həmçinin investisiya portfelinin 35,6 faizini qızıl, 1,6 faizini beynəlxalq maliyyə təşkilatları təşkil edib.