ari ilin birinci rübündə Çindən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR - Orta Dəhliz) ilə 125 konteyner qatarı yola salınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin sədri və “Qazaxıstan Dəmir Yolu” SC İdarə Heyətinin sədri Talqat Aldıberqenov Astanada jurnalistlərlə söhbətində bildirib. O qeyd edib: “Əlavə 35-38 faizlik artım görürük”.
Aldıberqenovun sözlərinə görə, 2025-ci ildə Qazaxıstan və Azərbaycandan keçən marşrut üzrə Çindən daşımaların həcmi 2024-cü illə müqayisədə 35 faiz artacaq.
O, sürət, şəffaflıq və tarif sabitliyini marşrutun rəqabət qabiliyyətinin əsas amilləri olduğunu qeyd edib. O deyib: “Müştərilər sürət, marşrut və tarif şəffaflığı tələb edirlər ki, rüsumlar tarif hər yerdə ardıcıl, vahid və sabit olsun. Biz bu istiqamətdə Azərbaycan, Çin və Gürcüstanlı həmkarlarımız ilə birgə çalışırıq”.
İdarə Heyətinin sədri bildirib ki, marşrutun rəqəmsallaşdırılması xüsusilə vacibdir, çünki idxalçılar, ixracatçılar, tranzit şirkətləri və yük ekspeditorları şəffaflıq tələb edir.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Asiya və Avropanı birləşdirir.