Azərbaycan mis ixracından qazancını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 8,793 milyon ABŞ dolları dəyərində 951 ton mis və ondan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, mis və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,6 milyon ABŞ dolları və ya 22,2% artıb, həcm baxımından isə 24 ton və yaxud 2,5% azalıb.

 

Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,16%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 1,12% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 13,7 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 9,8% artım deməkdir.

Hesabat dövründə mis və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 0,22%-ə bərabər olub.